Bakıda 27 yaşlı gənc özünüeyvanında asdı





Bakı şəhərinin 27 yaşlı sakini intihar edib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Hüseynbala Əliyev küçəsi, ev 8, mənzil 13 ünvanında qeydə alınıb.
Paytaxt sakini, 1987-ci il təvəllüdlü Elvin Asim oğlu Qocayev yaşadığı evin eyvanında özünü asaraq intihar edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.