İsrail şokdadı: 40 yaşlı qadın yüzlərlə oğlan uşağını zorladı

Qadın 5 il ərzində 14 yaşdan kiçik uşaqları seksual istismara məruz qoymaqda şübhəli bilinir




 40 yaşlı qadının yüzlərlə yeniyetmə ilə seksual əlaqələrindən bəhs edən səsli-küylü cinayət işi İsraildə gündəmi ələ alıb.
Qadın beş il ərzində yeniyetmələri seksual istismara məruz qoyub. Oğlanlardan bir neçəsi baş verənləri valideynlərinə danışdıqdan sonra cinayət işi açılıb. Şəhər əhli baş verənlərdən dəhşətə gəlib.
O da məlum olub ki, sosial müdafiə qürumları bu barədə uzun müddətdir bilsələr də, heç bir tədbir görməyiblər. Sosial xidmət əməkdaşları, məktəb müəllimləri və məktəb psixoloqları bu cinayət işi ilə bağlı polislə əməkdaşlıq etmək istəmirlər. Polis onların ifadəsini almaq üçün məhkəməyə müraciət etməyə məcbur olub.(anspress)
Sözügedən cinayətlə bağlı hazırda qadına qarşı polisə 17 şikayət ərizəsi daxil olub. Qadın 14 yaşdan kiçik oğlan uşaqları ilə cinsi əlaqəyə girməkdə şübhəli bilinir və bu da qanuni nöqteyi nəzərdən zorlama hesab olunur.
Qadının həbs edilməsi 5 gün müddətinə uzadılıb.