Kral taxtından imtina etdi

Xuan Karlosdan sonra İspaniya kralı onun oğlu olacaq




 İspaniya kralı Xuan Karlos taxtdan gedib. ANS PRESS-in məlumatına görə, Xuan Karlosdan sonra İspaniya kralı onun oğlu şahzadə Filipp olacaq. 76 yaşlı Xuan Karlos de Burbon 1975-ci ildə taxta çıxmışdı.
Konstitusiyaya görə, İspaniya kralı dövlət başçısı və ali baş komandandır. Ancaq ölkənin idarəçiliyi ilə hökumət məşğul olur. Kralın taxtdan nə səbəbə imtina etməsi rəsmi şəkildə açıqlanmır.