10 il evin anbarında saxladı

Beş körpəsini öldürən ana həbs olundu



Cinayət hadisələrinin nadir rast gəlindiyi Finlandiyada sanki hər kəsin qanını donduran bir hadisə yaşandı. Finlandiyanın şimalında yerləşən Osulu şəhərində bir evin anbarından gələn pis qoxular səbəbiylə polisə şikayət edən insanlar sanki şok oldu. Şikayətlərin ardından murdar qoxuların gəldiyi anbarda axtarış aparan polis, 5 körpənin cəsədiylə qarşılaşdı. Psixi durumunun yerində olmadığı ifadə edilən 35 yaşlı qadının öldürdüyü uşaqlarını qablaşdıraraq evin anbarında uzun illər saxladığı ifadə edildi. Təxminən 10 ildir evin anbarında öldürdüyü 5 körpəsini saxlaya bilən qadın, 1,5 ay əvvəl yeni daşındığı evə öldürdüyü körpələrini paket halında daşıyaraq gətirdiyini ifadə etdi. Öldürdüyü körpələrin indiki həyat yoldaşından olmadığını açıqlayan qadının hazırki yoldaşından da uşaqları var.