49 yaşlı kişini ilan vurdu - Şəmkirdə




Şəmkir rayon sakinini ilan sancıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Bayramlı kənd sakini, 1968-ci il təvəllüdlü Cəfərov Həsrət ilanvurma əlaməti ilə rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. H. Cəfərov bildirib ki, o əkin sahəsini suvaran zaman ilan onun ayağından sancıb.