Ukrayna prezidenti atəşkəs rejiminin bərpasının şərtlərini açıqlayıb







Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ vitse-prezidenti Cozef Baydenlə söhbət zamanı ölkənin şərqində separatçılarla atəşkəs rejimini bərpa etməyə hazır olduğunu bildirib.

APA-nın "BBC”yə istinadən verdiyi xəbərə görə, Ukrayna prezidentinin rəsmi saytında dərc olunmuş məlumata əsasən, Poroşenko atəşkəs rejiminin bərpasının 3 şərtə əməl olunduqdan sonra mümkün olacağını qeyd edib. Bunlar aşağıdakılardır: atəşkəs rejiminə ikitərəfli formatda əməl olunacağının təsdiqlənməsi, girov saxlanılan bütün şəxslərin azad edilməsi və sərhədə ATƏT-in monitorinqi əsasında nəzarətin bərpası.
Poroşenko siyasi danışıqların başlanması üçün heç bir əlavə şərtin tələb olunmadığını əlavə edib.