Ukraynalı hərbçilər daha 150 nəfər terrorçunu məhv ediblər






Ukraynanın Nikolayevka şəhərində hərbçilər 150-dən çox terrorçunu məhv ediblər.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, döyüşlər nəticəsində bir nəfər ukraynalı hərbçi öldürülüb, 4 nəfər yaralanıb.
Silahlıların 6 dayaq məntəqəsi dağıdılıb, Nikolayevka və Semyonovkada yerləşən silah anbarları məhv edilib. Həmçinin ukraynalı əsgərlər Xarkov-Rostov avtomobil magistralını nəzarətə götürüblər.
Hazırda Nikolayevkada elektrik enerjisi yoxdur. Buna səbəb terrorçuların yerli İstilik-Elektrik Stansiyasında yanğın törətməsi olub.

. Bu xəstəliyə yoluxmuş insan tüklərin yolunub yeyilməsinə çox həvəsli olur.