Motosikleti aşırtdı, sevgilisinin əlini öpüb üzr istədi






ANTALİYAda yeni aldığı nömrəsiz motosikletə sevgilisi Songül Mədəni mindirib yola çıxan Yaşar Ardınç, polisin "dayan" xəbərdarlığına məhəl qoymayaraq qaçarkən döngədə idarəni itirdi. 
Hadisə, saat 22.30 sıralarında baş verib. 25 yaşlı Yaşar Ardınç ilə sevgilisi 24 yaşındakı Songül Mədənin olduğu motosiklet, nömrəsiz olduğu səbəbiylə polis tərəfindən dayandırılmaq istədi. "Dayan" xəbərdarlığına baxmayaraq qaçmağa calışan cütlük, Gürsu Məhəlləsində ara küçələrə girdi. Sürətlə qaçmağa davam edən Ardınç, 322 küçədə döngəni dönə bilməyincə motosiklet aşdı. Yerdə sürünən motosiklet, səkiyə çırpılqdan sonra dayana bildi.
Qəzada Yaşar Ardınçın arxasında olan Songül Mədən müxtəlif yerlərindən yaralandı. Səkiyə düşən Yaşar Ardınç, sevgilisi Mədənin əlindən öpərək üzr istədi.
İki sevgiliyə ilk müdaxiləni, hadisə yerindən keçən xüsusi bir xəstəxananın işciləri etdi. Polis tərəfindən çağırılan təcili yardımla xəstəxanaya aparılan Ardınç ilə Mədən müalicəyə alındı.