Qızını yataqda kişi ilə tutdu...

Yumruq atdığına görə indi ata məhkəmənin kəsdiyi cəzanı ödəyə bilmir



Türkiyənin Zonğuldakı Devrek qəsəbəsində bələdiyyə təmizlik işçisi 43 yaşlı Səfər B., evdə bir kişi ilə tutduğu qızı 19 yaşlı E.B.a yumruq atdı. Qızının şikayətindən sonra , "qəsdən xəsarət yetirmə" suclaması ilə haqqında iddia açılan Səfər B.a 740 lirə pul cəzası verildi.
  Səfər B., iddiaya görə səhər qalxdığı zaman qızını otağında bir kişi ilə eyni yataqda gördü. Səfər B., yanına çağırdığı qızına yumruq atdı, daha sonra qızıyla polis bölməsinə gedərək o gün evdə əlaqəyə girdiyi adam və daha əvvəl əlaqəyə girdiyi 2 adam haqqında şikayətçi oldu. Polis bölməsində ifadə verən qızı isə öz istəyi ilə əlaqəyə girdiyini söyləyib özünə yumruq atan atasından şikayətçi oldu.


PROSESƏ QATILMADI

İddianamə ilə Səfər B. haqqında, Sülh Cəza Məhkəməsində 5 ilə qədər həbs cəzası istəyiylə iddia açıldı. Səfər B., qızına qızdığı üçün yumruq atdığını söyləyərkən, E. B. iki prosesə də qatılmadı. Məhkəmə qərarı zamanı hakim, məcburi məhkəməyə gətirilmə qərarına baxmayaraq ünvanı müəyyən oluna bilmədiyi üçün prosesə gəlməyən E.B.ın ifadəsinin olmadığnı nəzərə alaraq hökm verdi.

740 LİRƏ CƏZA

Məhkəmə, Səfər B.a əvvəl 180 gün, qarşılığı 3 min 600 lirə verdiyi pul cəzasını, daha sonra qızının davranışları səbəbiylə haqsız təhrik altında hərəkəti reallaşdırdığı səbəbiylə 37 gün, qarşılığı 740 lirəyə saldı.

'DƏRMANLA MƏNİ YATIRDIB EVƏ KİŞİ SALDI'

Qərara reaksiya verən Səfər B., 15 il əvvəl boşandığı ilk həyat yoldaşından olan qızının anasının himayəsində olduğunu və illər sonra keçən dekabrda anasını tərk edib yanına gəldiyini söylədi. Səfər B., 2.5 il əvvəl ikinci dəfə ailə qurduğu həyat yoldaşıyla qızını çox sevdiklərini, onu düşdüyü vəziyyətdən qurtarmaq üçün çalışdıqlarını, ancaq başlarına bu hadisənin gəldiyini ifadə etdi. Hadisə günü həyat yoldaşının kəndə getdiyini, qızının onun südünə yuxu dərmanı ataraq yatırdıb evə kişi gətirdiyini irəli sürən Səfər B., belə danışdı:

"Səhər oyandığımda otaqda tutdum. "Niyə belə etdin?" dedim. "İstəməyərək oldu" dedi. Bir yumruq atdım. Təhlükəsizlik orqanlarına gedərək vəziyyəti bildirdim. Qızımı fahişəlik bataqlığından qurtarmaq istədim. Amma o məndən şikayətçi oldu. Prosesə heç gəlmədi. Amma məhkəmə mənə belə bir cəza verdi. Öz qızımı qorumayacağammı? "Bir yumruq atdım" deyə haqsız yerə bir cəza verildi. Başqa biri eyni vəziyyət qarşısında mənim etdiyimdən daha pisini edərdi. Hakimə bunları söylədim. "Hirslə bir yumruq atdım" dedim. Hakim də "Qanun bu şəkildədir" dedi.

'PULU ÖDƏYƏ BİLMƏRƏM'

Bələdiyyədə  850 lirə məvaciblə çalışdığını və verilən pul cəzasını ödəyəcək vəziyyətdə olmadığını izah edən Səfər B., "220 lirə kirayə verirəm. Elektrik, su xərcləri də bir yandan, çətin dolanırıq. Mümkün deyil, bu pulu ödəyə bilmərəm. Onsuz da qərara etiraz edəcəyəm. Qızım prosesə qatılmadan hakimin bu qərarı verməsi qanunsuzdur. Yarğıtay da qərarı təmin etsə o zaman 3-4 ay yatacağam" deyə danışdı.

Qızını 15 il sonra ilk dəfə gördüyündə çox sevindiyini ifadə edən Səfər B., "Amma indi yaşadıqlarımız məni çox üzdü. Hadisədən sonra polislərin köməkliyi ilə anasına təslim etdim. Amma oradan da ayrılmış. Qız yoldaşlarıyla bir evdə qaldıqlarını eşitdim. Polisə bildirdim, tapa bilmədilər" dedi.