Olcan rəsmən “Qalatasaray”da...

“Trabzonspor”un futbolçusu 4 il ərzində 7 milyon avro maaş alacaq



"Qalatasaray” ilk transferini rəsmiləşdirib. İstanbul klubu "Trabzonspor”dan Olcan Adını heyətinə qatıb. Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, "Qalatasaray” "Trabzonspor”a 4 milyon avro ödəyəcək. Bundan başqa Salih Dursunu iki mövsüm Tbarzon klubuna pulsuz icarəyə verəcək.

"Qalatasaray” Olcan Adınla bağlanan müqavilənin detallarını açıqlayıb. İstanbul klubu dünən "Trabzonspor”dan transfer etdiyi futbolçu ilə 4 illik müqavilə imzalayıb. Olcan 4 il ərzində 7 milyon avro maaş alacaq. Belə ki, futbolçu birinci ildə 1.6, ikinci ildə 1.7, üçüncü ildə 1.8, dördüncü ildə isə 1.9 milyon avro qazanacaq. Bundan başqa ona 15 min avro maaş veriləcək. Qeyd edək ki, "Qalatasaray” bu transferə görə "Trabzonspor”a 4 milyon avro ödəyib. Bundan başqa Salih Dursun iki il Trabzon klubuna icarəyə verilib. "Qalatasaray” icarəyə görə "Trabzonspor”dan pul almayacaq. Əvəzində qaradənizlilər iki il ərzində 1 milyon 750 min avro ödəməklə Salihin transfer hüququnu ala bilərlər.