Pələng gənci parçaladı

Amma heç kim ona kömək etmədi




Hindistanda Dehli heyvanat parkında gəncin ağ pələngin qəfəsinə tullanması faciə ilə nəticələnib.
Gənc oğlan hasardan tullanaraq qəfəsə daxil olub və nəticədə pələng ona hucüm edib.
Hadisə şahidləri bildirirlər ki, günorta saatlarında parkda yüksək qışqırıq səsləri eşidiblər.
"Biz gördük ki, oğlan qəfəsdə olan zaman bəzi uşaqlar pələngə kiçik çubuqlar və daşlar atırlar. Bu isə pələngi əssəbləşdirdi və qəfəsə girən oglana  hücum edərək onun boğazından tutdu. Oğlan 10-15 dəqiqə olduğu yerdə qaldı, amma heç kim ona kömək etmədi”, deyə hadisə şahidləri bildirirlər.
Hadisə yerinə dərhal polis çağrılıb. Lakin gənc artıq ölmüşdü.