Artilleriya atəşinin ustaları” müsabiqəsində heyətimiz İLK ÜÇLÜKDƏ


“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən Azərbaycan komandası yarışlara inamla qoşulub.
Bu barədə "Sherg.az"a Müdafiə Nazirliyindən bildirilib.Məlumata görə, dünən keçirilən mərhələdə artilleriyaçılarımızın birinci heyəti öz bacarığını nümayiş etdirib.Gecə və gündüz atışlarında iştirak edən birinci heyətimiz hakimlərin qərarına əsasən, 12 komanda arasında 3-cü yerə layiq görülüb