Azərbaycan Prezidenti sinqapurlu həmkarını təbrik edib

Prezident İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Həlimə Yaquba təbrik ünvanlayıb.

"Sherg.az"ın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident, Sinqapurun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".