Bağdadın mərkəzində partlayış - 6 ölü, 7 yaralı




İraqın paytaxtı Bağdadda partlayış baş verib.

APA-nın məlumatına görə, bu barədə "Al Arabiya” telekanalı xəbər verib.
İlkin məlumata əsasən, şəhərin mərkəzində minalanmış avtomobilin partladılması nəticəsində azı 6 nəfər ölüb, 7 nəfər yaralanıb.

Partlayışa görə hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.