Məsələyə laqeyd qalmaq olmaz və belə hallara qarşı ictimai müstəvidə mübarizə aparılmalıdır
Bakıda erməni musiqisini səsləndirən kimlərdir?
Əksəriyyəti elə bilir ingilis, ispan, yunan və s. hansısa xalqın mahnısıdır
Məsələyə laqeyd qalmaq olmaz və belə hallara qarşı ictimai müstəvidə mübarizə aparılmalıdır
Məsələyə laqeyd qalmaq olmaz və belə hallara qarşı ictimai müstəvidə mübarizə aparılmalıdır
Paytaxt sakinləri növbəti dəfə erməni musiqisinin sədaları altında alış- veriş etmək məcburiyyətində qalıb. Xoşagəlməz hadisə "Maxi.az” elektron mağazasının "28 May” filialında yaşanıb. Mağazada erməni mahnısının səsləndirilməsi haqqında ictimaiyyəti məlumatlandıran teleaparıcı Elçin Əlibəylinin sözlərinə görə, mağazada ermənilərin "Dle Yaman” mahnısı səsləndirilib: "Maxi.az"-ın 28 may küçəsində olan mağazasına daxil oldum və eşitdim ki, bütün mağaza boyu ermənilərin "Dle Yaman” mahnısı səslənir. Şarl Aznavur gəbərəndə də onun şərəfinə bu mahnı çalındı. Yəqin "Maxi.az" yas tutur ona”. Bəzi kəsimin dediyi kimi, ilk baxışdan bunu adi bir anlaşılmazlıq kimi dəyərləndirmək, oxuyanın erməni olduğunu bilməyiblər deyə, üstünə getməmək də olar. Amma məsələnin başqa bir tərəfi də var. Kim təminat verə bilər ki, bu erməni musiqisini şəhərin mərkəzi hissəsində məqsədli olaraq səsləndirmirlər? Bakıda erməni mahnılarının səsləndirilməsi həm də ona görə təhlükəlidir ki, erməni dilini bilməyən insanlar, xüsusən də gənclərin həmin mahnını sevərək dinləməsi bilmədən də olsa onlarda erməni sevgisinin formalaşmasına rəvac verə bilər.
Onsuz da son zamanlar üçüncü ölkələrdə yaşayan erməni ziyalılarının, QHT nümayəndələrinin Bakını su yoluna çevirməsi cəmiyyətdə kifayət qədər ikrah doğururdu. Bu azmış kimi indi də mahnılarının vasitəsilə mədəniyyətlərini ölkəmizə sırımaq istəyirlər. Ziyalılarımız isə hesab edir ki, Bakı küçələrində, ticarət mərkəzlərində erməni mahnısının səslənməsinə adi hal kimi yanaşmaq olmaz.
Sabah o mahnı sədaları, güllə səsləri ilə də əvəzlənə bilər.
Bəzi xüsusi adamların ölkəmizdə ermənilərin təbliğatı ilə məşğul olduqlarını deyən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, o mahnıya qulaq asanların heç də hamısı bunu bilərəkdən etmir. Əksəriyyəti elə bilir ingilis, ispan, yunan və s. hansısa xalqın mahnısıdır. Çünki bizdə erməni dilini bilən çox az adam var:
"Sadəcə maraqlıdır, bu mahnı necə hitə çevrilib?! Demək ki, bunun Azərbaycanın mərkəzində, paytaxtında səslənməsində maraqlı adamlar var. Məqsəd də bəllidir. Ermənilərin təbliğatını aparmaq, bizim dost xalq olduğumuzu beyinlərə yeritməkdir. Amma nəzərə alsınlar ki, erməni bizə heç zaman dost olmayıb. Ermənilər bizim torpaqlarımızı işğal ediblər, işğal hələ də davam edir. Şəhidlərimizi biz necə unuda bilərik?! Qazilərimiz var ki, onlar ermənilərlə dostluğa imkan verərlərmi?! Qətiyyən bu mümkün deyil. Ona görə də erməni mahnılarını yayan xüsusi qüvvələrin arzuları gözlərində qalacaq”.
A.Nağının sözlərinə görə, ermənilərə məxsus musiqilərə bilməyənlərin qulaq asdığını gördükdə, bilənlər iradlarını səsləndirsinlər:
"Bunun qarşısının alınması bir az çətindir. Çünki indi internet əsridir. Hər kəs, mahnını yükləyib, qulaq asa bilir. Sadəcə, ictimai qınaqla qarşısını almaq, mənfur təbliğata əks-təbliğatla son vermək olar”.
"Maxi.az” elektron mağazasının zəng mərkəzinin rəhbəri Samirə Qasımova isə açıqlamasında Elçin Əlibəylinin sözügedən statusundan xəbərdar olduqlarını deyib: "Bu məsələ rəhbərliyin nəzarətindədir. Araşdırma aparılır. Araşdırmanının nəticələri barədə rəsmi məlumat veriləcək”.
Millət vəkili Elman Məmmədov da işğalçı ermənilərə məxsus mahnıların səsləndirilməsinin qəbuledilməz və yolverilməz olduğunu deyib.
Millət vəkilinin sözlərinə görə, məsələyə laqeyd qalmaq olmaz və belə hallara qarşı ictimai müstəvidə mübarizə aparılmalıdır:
"Azərbaycanın hər hansı bir yerində torpaqlarımızı işğal edən ermənilərə məxsus mahnıların səslənməsi təbii ki, qəbulolunmazdır. Əslində ermənilərin oxuduğu mahnıların əksəriyyəti elə bizə, xalqımıza məxsus mahnılardır. Bu mahnılarımızı oğurlayıb, sonra erməniləşdirirlər. Nəticədə düşmənlərimiz bizə məxsus mahnıları erməni mahnısı adı ilə ifa edirlər. Ölkəmizdə Müəllif Hüquqları Agentliyi vaxtaşırı belə hallara qarşı mübarizə aparır. Ancaq o cür ifaların Azərbaycanın hər hansı bir guşəsində səsləndirilməsi əlbəttə ki, yolverilməzdir. Lakin belə hallara qarşı rəsmi dövlət qurumları mübarizə aparmamalıdır. İstər ticarət mərkəzi olsun, istərsə də digər məntəqələrdə erməni mahnısı səslənirsə, ona qarşı hər birimiz, cəmiyyət, insanlar mübarizə aparmalı, bu işə laqeyd olmamalıdırlar. Məhz cəmiyyət tərəfindən bu kimi neqativ halların qarşısının alınması üçün tədbirlər görülməlidir. Çünki düşünürəm ki, bu müstəvidə mübarizə ancaq ictimai müstəvidə aparılarsa, onun effekti daha güclü olar. Hər hansı bir məntəqədə erməni mahnısı səsləndirilirsə, əlbəttə, ona qarşı ictimai mübarizə aparılmalıdır”.
Şəymən