Çarukyanı Paşinyanla memorandum imzalamağa məcbur edən SƏBƏBLƏR





"Dekabr ayında Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə 8 oktyabr tarixində baş nazir Nikol Paşinyan və Qaqik Çarukyan arasında memorandum imzalanıb.
Tərəflər 2018-ci ilin dekabrında Ermənistan Respublikasında növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə razılığa gəliblər. Bu zaman belə bir sual yaranır: nə oldu ki, birdən-birə erməni iş adamı Çarukyan Paşinyan ilə memorandum imzalamaq qərarına gəldi?" 


Bunu "Sherg.az"a analitik Ehtiram Aşırlı bildirib. Onun sözlərinə görə, 23 sentyabr tarixində İrəvan Ağsaqqallar Şurasına Paşinyanın namizədinin seçkilərdə qalib gəlməsi Çarukyanın fikirlərinin dəyişməsinə səbəb olub: 

"Digər tərəfdən, Çarukyan iş adamıdır və istəməz ki, Paşinyanla üz-üzə gəlsin, çünki Paşinyanın digər oliqarxları, köhnə hökumət nümayəndələrini sıxışdırdığı kimi onu da sıxışdıra biləcəyini bilir. Həmçinin İrəvanın artıq Paşinyanın nəzarəti altına keçməsi də onu narahat edən digər amillərdən biridir. 

Bu baxımdan Çarukyanın Paşinyanı dəstəkləmək qərarına gəlməsini İrəvanda öz biznesini ilə rahat şəkildə məşğul ola bilsin deyə belə bir addım atmasından irəli gəldiyini söyləyə bilərik. Bununla yanaşı Paşinyan İrəvan meri seçkilərində və son hadisələrdə xalqın dəstəyini alması da Çarukyanın Paşinyanı dəstəkləməsinə səbəb ola biləcək amillərdir".

Ayyət Əhməd