Daxili işlər orqanları narkotiklərə qarşı mübarizəni uğurla davam etdirir
15:15 13.02.2019
Arxiv
821
İnsanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cəmiyyətin mənəvi dəyərlərinə böyük zərbə vuran, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə dövlətimiz üçün pirioritet məsələlərdən biridir.
Narkotiklərlə mübarizə dövlət siyasəti olmaqla yanaşı, ölkə başçısı Cənab İlham Əliyevin də daim diqqət mərkəzindədir. Azərbayca dövlətinin bu sahədə gördüyuü səmərəli işin nəticəsidir ki, "Narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ilin 16-18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi barədə dünya birliyi tərəfindən ümumi qərar qəbul edilib.
Qeyd etmək lazımdır ki, bəşəriyyətin bu bəladan xilasına yönəlik işini ölkəmizdə uğurla həyata keçirən qurumlardan biri və ən vacibi də Daxili İşlər Nazirliyi və onun ayrı-syrı struktur və bölmələridir. Təsadüfi deyildir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində polis əməkdaşlarının əldə etdikləri nəaliyyətlər və həyata keçirilən uğurlu əməliyyat-tədbirləri barədə Kütləvi İnformasiya Vasitələrində daim yeni-yeni məlumatlara rast gəlmək mümkündür.
Sonuncu belə tədbir Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib və nəticədə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Hövsan qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Əmirov narkotik vasitə olan marixuana satarkən cinayət başında yaxalanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı oradan 30 kiloqram marixuana aşkar edilərək götürülüb. Cəmiyyətimizdə "ağ” ölümü yaymaqla məşğul olmaq istəyən bu şəxsin barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Cinayət İşi başlanılıb istintaq tədbirləri davam etdirilir.
Burada qeyd etmək yerinə düşər ki, ümumən daxil işlər orqanları tərəfindən təkcə cari ilin fevralından bu günə kimi müxtəlif tərkibli və xassəli 45 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu narkotik vasitələrin içərisində, heroin, tiryək, həşiş, metamfetamin, metadon, tramadol kimi güclü təsiredici və psixotrop tərkibə malik olan narkotik vasitə və həblər də var. Hesabat dövründə qeyd edilən cinayətləri törətməkdə təqsirli bilinən 96 nəfər saxlanılaraq barələrində cinayət işləri başlanılıb. Nəzərinizə çatdıraq ki, saxlanılan şəxslərdən 36-sı narkotik vasitələrin satışı ilə məşğul olanlardır.
Daxili işlər orqanlarının hər bir əməkdaşı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı qətiyyətli tədbirlər bundan sonra da davam etdiriləcək.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi