Ermənistanda saxta seçkilərin səsləri sayılır





Dünyanın, xüsusilə Cənubi Qafqazın maraqla izlədiyi Ermənistanda növbədənkənar parlament seçkiləri yekunlaşıb. Yerli medianın məlumatına görə, saat 20:00-da seçki məntəqələri bağlanılıb və səslərin sayılmasına başlanılıb. Müşahidəçilər və seçkilərdə iştirak edən təşkilatların nümayəndələri prossesin total saxtakarlıq və təzyiq şəraitində keçirildiyini bəyan edib.

Qeyd edək ki, parlamentdə yerlər uğrunda 11 siyasi güc mübarizə aparır: 2 blok və 9 partiya. Siyasi partiyaların parlamentə düşə bilməsi üçün 5, blokların isə 7 faizlik həddi keçməsi lazımdır.
Siyasi ekspertlər Ermənistanda keçirilən bu seçkiləri Nikol Paşinyanın küçə demokratiyasından istifadə edərək diktatura qurmaq istəyinin rəsmiləşdirilməsi kimi dəyərləndirirlər.