Ermənistanda xalqın üzərinə polis qüvvələri yeridildi






Ermənistanda növbədənkənar parlament seçkiləri görünməmiş total saxtakarlıqla keçir. Ümumiyyətlə, ölkə üzrə seçicilərin passivliyi müşahidə olunur.
Vestikavkaza.ru-nun məlumatına görə, İrəvandan Vanadzora əlavə polis qüvvələri cəlb edilib.
Loriysk vilayətinin polis idarəsinin rəisi Aram Kzaryan bu məlumatı təsdiq edib.

Qeyd edək ki, parlamentdə yerlər uğrunda 11 siyasi güc mübarizə aparır: 2 blok və 9 partiya. Siyasi partiyaların parlamentə düşə bilməsi üçün 5, blokların isə 7 faizlik həddi keçməsi lazımdır.

Siyasi ekspertlər Ermənistanda keçirilən bu seçkiləri Nikol Paşinyanın küçə demokratiyasından istifadə edərək diktatura qurmaq istəyinin rəsmiləşdirilməsi kimi dəyərləndirirlər.