Fransadan Trampa təpki gəldi: "Burnunu soxma..."




Paris rəhbərliyi, "Biz Trampı istəyirik" deyə qışqırırlar" cümləsindən istifadə edən ABŞ liderinə çox sərt bir cavab verib. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, nazirlərdən biri Fransadakı nümayişlərlə əlaqədar tweet atan ABŞ lideri Donald Trampa təpki verib. Nazir, "Tramp burnunu soxmamalıdır" deyib.

ABŞ prezidenti Twitter hesabından bu mesajı paylaşmışdı:

"Paris razılaşması Parisə çox yaramır. Fransanın hər yerində etirazlar və üsyanlar var. İnsanlar təbiəti qorumaq üçün (rəhbərlikləri sorğulana biləcək) üçüncü dünya ölkələrinə çox pul ödəmək istəmir. "Biz Trampı istəyirik!" deyə qışqırırlar. Fransanı sevirəm."

Fransada 17 noyabrdan başlayan aksiyalar son illərin ən şiddətli etirazına çevrilib. Nümayişçilər, dövlət başçısı Emmanuel Makrondan vergi faizlələrinin aşağı  salmasını və iqtisadi şərtlərin yaxşılaşdırılmasını tələb edirlər.

Makronun yeni həftədə böyük bir addım atacağı bu gün açıqlanıb. Fransa liderinin yeni vergi endirimlərini paylaşıb, üzr istəyəcəyi bildirilir.