"Gərək müəllimlərin maaşı yüksək olsun"




"Azərbaycanda təhsil sisteminin yaxşılaşdırılması üçün qeyri-adi dərəcədə yüksək dövlət sərmayəsi lazımdır”.
Bunu Sherg.az-a Azərbaycan təhsilindəki boşluqlardan danışarkən Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı deyib. 

Bu günkü təhsilin çatışmazlıqlarından danışan professorun sözlərinə görə, prinsipcə dövlət hər şeydən çox təhsilə diqqət ayırır:

"Amma görünür bu da kifayət etmir. Çünki bu nəticəsini versə, gərək müəllimlərin bilik səviyyəsi keyfiyyətli olsun, onların maaşı yüksək olsun. Mövcud şərait, maddi-mənəvi durum buna hazır olmalıdır. Təəssüflər olsun ki, zamanımızda mənəviyyatın çürüməsi var. Bu bütövlükdə cəmiyyətin ağır problemləridir. Cəmiyyətdə hansı problemlər varsa, onlar təhsildə də özünü göstərir. Təcrid olunmuş heç nə yoxdur. Hər şey bir-birinə təsir edir”.

H.İsaxanlı əlavə edib ki, orta və ali məktəblərimizdə, ümumiyyətlə, Azərbaycanda savadlı və savadsız müəllimlər var:

"Ali məktəblərə baxın, məsələn, birində savadlı müəllimlər çoxdur, birində azdır. Alimlər də eyni səviyyədə deyil. Zəif alimlər də var, orta və güclü savadlı müəllimlər də var. Ümumilikdə isə az sayda yüksək savadlı alimlər fəaliyyət göstərir”.

Ayyət Əhməd