Heç kim dəhşətli mənzərənin qarşısını almır

İşğal olunmuş Qarabağ bölgəsini kriminal mərkəzə çeviriblərKeyn 18 aylıq araşdırması zamanı Qafqaz regionunun hüdudlarını aşan cinayətlərin üstünü açıb
Britaniyalı araşdırmaçı Harold Keyn şok cinayət faktlarının yer aldığı "Dağlıq Qarabağ” kitabını ictimaiyyətə təqdim edib. Kitabda Ermənistanda Koçaryan-Sarkisyan qruplaşmasının Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdikləri qeyri-qanuni silah ticarəti və qaçaqmalçılığı, narkotik ticarəti, insan alveri və qadınların əxlaqsızlığa məcbur edilməsi kimi faktlar yer alıb.
Nəşr olunan kitab barədə "Şərq”ə ətraflı məlumat verən siyasi elmlər namizədi Zaur Məmmədov bildirib ki, müəllif Harold Keyn işğal olunmuş Dağlıq Qarabağ bölgəsini fahişəlik, qadın və uşaq alverinin əsas məkanı adlandırıb: 
"Araşdırmaçı yazır ki, bu cinayətkar biznesi beynəlxalq hüquq sərhədlərindən uzaqda qalan Qarabağdan idarə etmək asandır. Bu, həm də cinayətkar şəbəkəyə sərhədsiz imkanlar tanıyır. Erməni mafiyasının əxlaqsızlıq imperiyasının sərhədləri İspaniya, Böyük Britaniya, Skandinaviya ölkələri və Birləşmiş Ştatlara gedib çatır. Lakin bu imperiyanın başlanğıcı Qarabağdadır. Oğurlanmış, cinsi istismara məruz qalan gənc qızların bəzən heç 16 yaşları da olmur. Heç kim bu dəhşətli halın qarşısını almır. Çünki fahişəlik sənayesi müəyyən orqanların himayəsi altında həyata keçirilir və onlar bundan böyük məbləğdə pullar qazanırlar”.
Z.Məmmədov vurğulayıb ki, Keyn 18 aylıq araşdırması zamanı Qafqaz regionunun hüdudlarını aşan cinayətlərin üstünü açıb: 
"Turist qismində Ermənistanda və bu ölkənin işğal etdiyi Dağlıq Qarabağ bölgəsində olan Keyn insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi, silah alveri, təbii ehtiyatların sənaye miqyaslarında talanması halları ilə qarşılaşdığını bildirib. "Hazırkı statusuna görə, Dağlıq Qarabağ sanki vakumdadır. Bu hal amansız şəkildə istismar olunan həmin ərazilərin beynəlxalq kriminal qruplaşmaların hesablama palatasına çevrilməsinə şərait yaradıb” - deyən müəllif kitabında erməni mafiyası, əfqan narkobaronları, bütün dünyada tanınan gizli silah qaçaqmalçıları barədə məlumatlar göstərdiyi üçün təhlükəsizlik məqsədilə adını dəyişdirməli olub. Kitabında İrəvanda qaldığı mehmanxanaya gecəyarısı polisin gəldiyini qeyd edən britaniyalı müəllif, hətta Xankəndində döyüldüyünü bildirib: "Dağlıq Qarabağın kriminal mərkəz olduğunu aşkar etmişik. Özü də bütün bu fəaliyyətlərin çoxu Ermənistanın sabiq prezidentləri - Robert Koçaryan və Serj Sarkisyanla bağlıdır. Onlar insanların faciəsi üzərində milyardlarla dollar dəyərində var-dövlət toplayıblar”. 
1990-1993-cü illər ərzində ABŞ-dakı 19 QHT tərəfindən müxtəlif qrantlar, kredit proqramları yolu ilə keçmiş SSR respublikaları üçün 10 milyard dollar həcmində maliyə yardımı edilib. Maraqlısı odur kı, siyahıda keçmiş Sovet respublikaları içərisində, Ermənistan, ya ilk, ya da Rusiyadan sonra ikinci yeri tutur. Baxmayaraq kı, Ermənistan öz ərazisinə və əhalisinin sayına görə keçmiş SSR dövlətləri içərisində ən kiçiyidir. ABŞ Dövlət Departamentinin köməkçisi Bridjit Brinkin sözlərinə görə, bu illər ərzində Ermənistan ABŞ dan "hümanitar və texniki kömək məqsədi ilə” 2 milyarddan çox yardım alıb. Bunu ABŞ-ın keçmiş diplomatı olmuş Mari Yovanoviç də təsdiqləyir. Mövzunu davam etdirən Harold Keynin sözlərinə görə, İsraildən sonra bu kiçik Qafqaz ölkəsi ABŞ-dan ən çox maliyyə yardımı alır. Bunun üçün ermənilər Kapilotiyada oturan lobbilərinə minnətdar olmalıdırlar. Çoxsaylı erməni diasporası illərdi ki, maliyə yardımının artırılması üçün lobbiçiliylə ilə məşğul idi. Başda Amerika erməni milli komitəsi və Amerika erməni assambleyası olmaqla Amerika erməni ictimai təşkilatlarının saylarının çoxalması fonunda bütün bunların haradan və necə qaynaqlandığı aydın olur”.
Siyasi şərhçinin sözlərinə görə, müəllif kitabında Sarkisyan hakimiyyəti ilə Rusiya, İran arasında silah ticarətindən bəhs edib: 
"Məhz ermənilərin İrana gizli şəkildə silahlar ötürməsi nəticəsində həmin silahlar İraqda və sair regionlarda görünməkdədir. "WikiLeaks”in məlumatına görə, 2003-cü ildə Ermənistan İranın raket və pulemyotlar almasına yaxından kömək edib. 2007-ci ildə İraqda şiə qruplaşmalarının ABŞ ordusuna hücumu zamanı bu silahlar aşkar edilib. Eyni zamanda müəllif tərəfindən maraqlı adlara da rast gəlirik. Belə ki, britaniyalı araşdırmaçı, uzun illər silah alverində Qarabağ veteranı Jirayır Sefilyanın adını çəkir. Xarici qruplaşmaların dilleri adını qazanan Sefilyan Sasna Tser kimi radikal "müxalif qruplaşmasının” lideridir. Maraqlıdır kı, Paşinyan hakimiyyətə gələr-gəlməz onu həbsdən azad etdi. Qondarma respublikanın keçmiş müdafiə narizi Samvel Babayanın da adı silah biznesində çəkilir. Öz mövqeyindən istifadə edən Babayan Gürcüstan vasitəsi ilə İrana və ondan xaricə silah qaçaqmalçılığında rol oynayan əsas fiqurlardan biri idi. 
Digər maraqlı faktlar, 2018-ci ilə təsadüf edir. Belə ki, keçən ilin iyun ayında general Manvel Qriqoryan evində silah saxlanılmasına görə həbsə atılıb. O zaman erməni ictimaiyyətində bu hadisə ciddi rezonans doğurmuşdu. Görünən odur kı, bugünkü Ermənistanın siyasi, iqtisadi , hərbi elitası bütün növ cinayətlər üzrə peşəkardırlar. 
Ermənistanın bir dövlət kimi bəşəriyyət üçün təhlükə olmasına bariz nümunə olan britanıyalı araşdırmaçının kitabı bu xüsusda yeganə faktlarla dolu mənbə deyil. Erməni mütəşəkkil cinayətkar qrupların İspaniya, Almaniya və Fransada yaratdıqları qeyri-qanuni kriminal imperiyalar haqqında artıq Avropanın bir çox kütləvi informasiya vasitələrində məlumatlar getməkdədir. Biz azərbaycanlılar bu kimi məlumatları yaymalı, ermənilərin əslində dünya təhlükəsizliyinə zərbə vuran ən böyük aktorlardan biri olmalarını qeyd etməliyik. 
Son zamanlar dünyanın bir çox ölkələrində ermənilərin imiclərinə ağır zərbələr vurulmaqdadır. Baxmayaraq kı, bütün bu illər ərzində erməni lobbisi tərəfindən oturuşmuş, koordinasiyalı siyasət aparılmaqdadır”.
İsmayıl