İldə yalnız 4 gün ortaya çıxır: Yeni qurbağa növü kəşf edildi





Hindistanda yeni bir qurbağa növü kəşf edilib. BBC-in xəbərinə görə, Dehli Universitetində həkim təhsili alan tələbə Sonali Garg və məsləhətçisi SD Biju, ölkənin  dağlıq bölgəsində yeni bir qurbağa növünə rast gəlib.
Latınca Mysticellus (Sirrli) adı verilən dar ağızlı qurbağanın, 3 il sürən araşdırmaların sonunda kəşf edildiyi bildirilir. Bu, mikrohilid qurbağaların yeni bir növü olduğu təsdiqlənib.
Sonali Garg, qurbağanın indiyə qədər fərq edilməməsinin səbəbini açıqlayıb. Törəmək üçün ildə 4 gündən az müddət ortaya çıxır, ilin geri qalanını gizlənərək keçirir.
Qeyd edək ki, Hindistanın Qərb Gat Dağları bölgəsində 2017-ci ildə də çuxur qazan 4 yeni qurbağa növü aşkarlanmışdı.