KİV: OPEK ölkələri hasilatı azaltmaq barədə razılığa gəliblər




Neft İxracat edən Ölkələr Təşkilatı (OPEK) OPEK+ formatı çərçivəsində gündəlik neft hasilatını, təqribən, 800 min barel azaltmağa hazırdır.

"Report” "Reuters”ə istinadən xəbər verir ki, təşkilatdakı mənbələrə görə, OPEK həmçinin qeyri-OPEK ölkələrinə də gündəlik hasilatı, təqribən, 400 min barel azaltmağı təklif edir.

Mənbə həmçinin Vyana sazişinə dair ümumi görüş keçirilməsinin də zəruri olduğunu qeyd edib.