Makron ilk dəfə “Sarı jiletlilər”in qarşısına çıxacaq - Hansı vədlərlə ?





Bu gün Fransa vaxtilə axşam saat 20-də bu ölkə prezidenti Emmanüel Makron "Sarı jiletlilər”ə müraciət edəcək.

"Sherg.az” "lefigro.fr”ə istinadən xəbər verir ki, E.Makron televiziya kameraları qarşısına keçərək "Sarı gjiletlilər”in suallarını cavablandıracaq. E.Makronu bu çıxışa dünən gecə nümayişçilərin Yelisey sarayı qarşısına toplaşaraq "Makron xalqı yedirt" şüarını səsləndirmələri vadar edib.

Bu onun dekabrın 1-dən etbarən nümayişçilərin qarşısında ilk çıxışı olacaq. Əlbəttə, ölkə rəhbərliyi hələ ki bu çıxışın detallarını açıqlamayıb.

Buna rəğmən qeyd olunur ki, E.Makron "Sarı jiletlilər”in etirazını səngitmək üçün güclü arqument və sərfəli təkliflərlə çıxış edə bilər.

Tərcümə etdi Ayyət Əhməd