Məktəblərimizdə müəllim-şagird nisbəti dəhşətdir
08:53 13.02.2019
Arxiv
963
Məsələn, Xırdalanda 5 nömrəli məktəb 2500 şagird üçün hesablanıb, amma 5 min şagird təhsil alır
Məktəblərdə müəllim-şagird nisbəti yeni metodologiya ilə müəyyən ediləcək. Bununla bağlı Nazirlər Kabineti "Müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi metodologiyası”nı təsdiq edib.
Yeni metodologiya Dövlət Statistika Komitəsinin təklifi nəzərə alınmaqla hazırlanıb. Bu metodologiya statistik müşahidələrin nəticələri əsasında formalaşan rəsmi statistik məlumatlardan istifadə edilməklə, ümumi təhsilin hər bir səviyyəsi üzrə müəllim-şagird nisbətinin hesablanması üsulunu müəyyənləşdirir.
Sənəddə qeyd edilir ki, müəllim-şagird nisbəti ümumi təhsilin hər bir səviyyəsi üzrə şagirdlərin ümumi sayının həmin səviyyə üzrə tədris edən müəllimlərin ümumi sayına nisbəti ilə müəyyən edilir.
Ümumi orta təhsil səviyyəsində tədris edən müəllimlər tam orta təhsil səviyyəsində də tədris etdikləri üçün ümumi təhsilin bu səviyyəsində müəllim-şagird nisbətinin hesablanması məqsədi ilə ilk növbədə həmin təhsil səviyyəsində tədris edən müəllimlərin nisbi sayı müəyyən edilməlidir.
Orta məktəblərdə müəllim-şagird nisbəti ilə bağlı metodologiyanın çoxdan olduğunu deyən təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlu "Şərq”ə bildirib ki, hazırda ölkəmizdə hər 8 şagirdə 1 müəllim düşür:
"6-7 il bundan qabaq bu rəqəm 17 idi. Yəni hər 17 şagirdə 1 müəllim düşürdü. İndi isə bu nisbət azalıb. Yeni metodun əvvəlkilərdən bir neçə fərqi var. Yeni metodologiyaya görə, müəllim-şagird sayı optimal vəziyyətdə olmalı, müəllimlərin dərs keçə bilməsi, müəyyən pedaqoji fəaliyyətlər göstərməsi üçün şərait yaradılmalıdır. Düşünürəm ki, hazırkı statistika düzgün deyil. Fikrimcə, bu dəqiqə ölkəmizdəki məktəblərdə həddindən çox sıxlıq var.
Elə sinif var ki, orda 35-40 şagird təhsil alır və təbii ki, bu zaman təhsil keyfiyyətindən danışmaq olmaz. Ona görə də metodologiyadan əvvəl elə etmək lazımdır ki, məktəblərdəki sıxlıq aradan qaldırılsın. Bunun üçün yeganə yol yeni məktəblərin tikilməsi, yaxud da ərazisinin genişləndirilməsidir. Məsələn, Xırdalanda 5 nömrəli məktəb 2500 şagird üçün hesablanıb, amma 5 min şagird təhsil alır. Əlbəttə, orda təhsilin yüksək keyfiyyətindən danışmağa dəyməz. Hesab edirəm ki, məktəblərimizdə müəllim-şagird nisbəti kritik durumdadır. İlk öncə bu vəziyyəti düzəltmək lazımdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi