Neft bahalaşdı


ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 2,3% artaraq 1 barelə görə 61,89 dollar təşkil edib.
“ APA -Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 3,17% artaraq 55,66 dollar təşkil edib.