Nəzakət Məmmədova: "Ölkə başçısının müsahibəsində verdiyi mesajlar düşmənə xəbərdarlıq səciyyəlidir"
13:51 13.02.2019
Arxiv
749
"Prezidentin bu çıxışı hazırkı dünyada mövcud olan realpolitik siyasətinin əyani sübutu oldu. İlham Əliyev dünya siyasətini yaxşı bilən dövlət başçısı kimi orada gedən proseslərə yaxından bələd peşəkar, siyasətçi, strateqdir və o bu fikirləri haqlı olaraq söyləyib”.
Bu sözləri "Sherg.az" –a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
Politoloq prezidentin çıxışından sitat gətirərək deyib ki, Prezident açıq şəkildə bir həqiqəti etiraf etdi ki, güc, qüdrət amili torpaqlarımızın azad olunmasının əsas təminatlarından biridir:
"Bu gün dünyada güc amili ön plana çıxır. Baxın, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq kobudcasına pozulur. Əgər əvvəlki dövrlərdə bunu müəyyən formada gizlətmək istəyirdilərsə, bu gün heç buna ehtiyac da görmürlər. Bu gün dünyada "kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür. Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq. Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi gücümüzü uzun illərdir ki, artırırıq. Baxmayaraq ki, Azərbaycan minaqişənin nizamlanması üçün gərəkli hüquqi baza yaradıb, Qarabağın Azərbaycan torpağı olması bütün beynəlxalq təşkilatların sənədlərində, qətnamə və bəyanatlarda öz əksini tapıb, amma güc variantı heç zaman arza plana keçirilib istisna edilə bilməz”.
N. Məmmədovanın sözlərinə görə, Ermənistanın hazırkı rəhbərliyi konstruktiv mövqe gözləntilərinə adekvat reaksiya vermir, belə olan halda güc tətbiqi yolu ilə torpaqların düşməndən azad edilməsi variantı da nəzərdə tutulur:
"Təbii ki, Azərbaycan sülh tərəfdarıdır, lakin Ermənistanın destruktiv siyasəti Azərbaycan tərəfini danışıqlar masası arxasında yox, səngərdə, döyüş meydanında üzləşməyə vadar edir. Prezident İlham Əliyevin çıxışını düşmən tərəf də diqqətlə təhlil edir, nəticələr çıxarır. Ölkə başçısının müsahibəsində verdiyi mesajlar düşmənə xəbərdarlıq səciyyəlidir. Həm də 2016-cı il aprelindən sonra Ermənistan, Qarabağ separatçıları, terrorçu rejim və diaspora Azərbaycanın sözü ilə əməlinin düz gəldiyinin bir daha şahidi oldular. Növbəti xəbərdarlıq da onlara bütün bunlardan nəticə çıxarmaq üçün verilən bəlkə də son şanslardan biridir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev REAL televiziyasına verdiyi müsahibədə bir çox mühüm məsələlərə, o cümlədən Dağlıq Qarabağ probleminə toxunub. Azərbaycan Prezidenti dəfələrlə açıq şəkildə bildirib ki, biz danışıqlara üstünlük versək də problemin hərbi yolla həlli gündəlikdən çıxmayıb.
Bu gün dünyada "kim güclüdür, o da haqlıdır” prinsipinin hökm sürdüyünü vurğulayan ölkə başçısı qeyd edib ki, Ermənistanın yeni hökuməti birinci mərhələdə çox ziddiyyətli bəyanatlar verirdi ki, Azərbaycan Ermənistanla yox, qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi