Hər bir ölkədə turizmin inkişafı üçün kompeks tədbirlərin görülməsinin vacib olduğunu vurğulayan iqtisadçı-ekspert Fuad İbrahimov "Şərq”ə bildirib ki, xüsusilə son illər Azərbaycanda bu sahədə ciddi irəliləyişlər olub:
"Ölkəmizdə turizmin inkişafı göz qabağındadır" - Ekspert
14:34 13.02.2019
Arxiv
784
Prezident İlham Əliyev REAL televiziyasına verdiyi müsahibəsində ölkəmizdə turizmin inkişafı ilə bağlı vacib məqamlara toxunub. Ölkə başçısı bildirib ki, Azərbaycana turizmdən daxil olan vəsait vətəndaşlara, xidmət sektoruna, vergilərə və ümumi inkişafa xidmət göstərir.
Dövlət başçısı qeyd edib ki, turizm hər bir ölkə üçün çox önəmli bir sahədir:
"Elə ölkələr var ki, onların ümumi daxili məhsulunda əsas hissə turizmlə bağlıdır. Biz də çalışırıq ki, Azərbaycanın turizm imkanlarını genişləndirək və bu istiqamətdə müxtəlif addımlar atırıq. İlk növbədə, əlbəttə ki, infrastruktur yaradılmalı idi. Əgər infrastruktur yoxdursa, heç bir turist buraya gəlməz. Azərbaycanda hazırda altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Gözəl yollar, dəmir yolları, xidmət infrastrukturu, otellər, ictimai yerlər yaradılmalı idi. Əlbəttə ki, hər bir turist üçün təhlükəsizlik məsələləri, xüsusilə indiki zəmanədə ön plandadır".
Hər bir ölkədə turizmin inkişafı üçün kompeks tədbirlərin görülməsinin vacib olduğunu vurğulayan iqtisadçı-ekspert Fuad İbrahimov "Şərq”ə bildirib ki, xüsusilə son illər Azərbaycanda bu sahədə ciddi irəliləyişlər olub: "Turisti cəlb etmək üçün müxtəlif və zəncirvari şəkildə bir-birindən asılı olan məqamlardan istifadə etmək lazımdır. Gərək cazibədarlıq yaradaq ki, ölkəmizə maraq yaransın. İllər boyu qonşu ölkələrdə-Türkiyədə, Gürcüstanda turizmin inkişafını görürük. İnfrasturuktur nöqteyi nəzərdən dövlətimizin imkanlarının Gürcüstandan daha da əlverişli olmasına baxmayaraq illər böyük müşahidə edirik ki, Gürcüstan bizi bu sahədə üstələyir. Belə olduğu halda kompleks tədbirlər planı həyata keçirmək lazımdır.
Hər bir dövlət turizmin inkafı üçün ilk növbədə təhlükəsizlik məsələsinə diqqət yetirməlidir. Ölkə başçısı da çıxışında bu məqamlara toxundu. Təhlükəsizlik nöqteyi nəzərdən hansısa ölkədə sabitlik olmasa hansı şərait yaradılsa da, həmin ölkəyə heç bir turist maraq göstərməz”.
İqtisadçının sözlərinə görə, ölkəmizdə turizmin inkişafına təkan verən amillərdən biri də Asan viza sisteminin tətbiqi oldu:
"Əvvəllər viza məsələsinə görə Azərbaycana bir çox ölkələrdən turist gələ bilmirdi. Lakin Asan vizanın tətbiqi ilə milyonlarla turist ölkəmizə gəldi. Turizmlə bağlı uğurlarımızdan biri də məhz bu idi.
Biz həm xidmətimizdə, həm qonaqpərvərliyimizdə turizmin inkişafına təkan vermişik. Ölkə başçısı tamamilə ətraflı şəkildə bütün məqamları vurğuladı. Ölkəmizdə turizmin inkişafı göz qabağındadır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi