"Moskvanın təşəbbüsü ilə baş tutacaq görüşdən pozitiv nəticə gözləmirəm"
Özümüzü aldatmayaq...
08:15 13.02.2019
Arxiv
728
Kreml Dağlıq Qarabağ problemini həm Ermənistana, həm də Azərbaycana təzyiq mexanizmi kimi görür
"Moskvanın təşəbbüsü ilə baş tutacaq görüşdən pozitiv nəticə gözləmirəm"
"Moskvanın təşəbbüsü ilə baş tutacaq görüşdən pozitiv nəticə gözləmirəm"
"Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sənədə dair Ermənistan və Azərbaycan liderləri arasında heç bir razılaşma yoxdur”. Bunu Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan bildirib. O bəyan edib ki, yaxın vaxtlarda XİN rəhbərləri səviyyəsində baş tutacaq görüşdə ən yüksək səviyyədə danışıqlar məsələsinə aydınlıq gətiriləcək. Məlumat üçün deyək ki, son günlər erməni mətbuatında Qarabağ üzrə sənədin imzalanması, həmçinin Ermənistan və Azərbaycan liderlərinin rəsmi görüşünün təşkilinə dair razılaşmalarla bağlı informasiyalar dolaşmaqdadır. Karapetyan isə yazılanların şayiələrdən ibarət olduğunu söyləyib. Xatırladaq ki, yanvarın 16-da Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında görüş olub.
Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər. Yaxın günlərdə isə Almaniyanın Münhen şəhərində nazirlərin növbəti görüşü planlaşdırılır. Lakin bu görüş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun birbaşa təşəbbüsü və iştirakı ilə reallaşacaq.
Ehtimal edilən görüşlə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə bir araya gəlməsinə müsbət yanaşmadığını deyib. Onun sözlərinə görə, Rusiya bütün zamanlarda prosesə dağıdıcı tərəfdən yanaşıb:
"Moskvanın təşəbbüsü ilə baş tutacaq görüşdən pozitiv nəticə gözləmirəm. Nəzərə alaq ki, görüşün təşkilatçısı ermənilərə sevgisi ilə tanınan Rusiya xarici işlər naziri Sergey Lavrovdur. O da reallıqdır ki, Kremldəki bəzi dairələr bütün zamanlarda Qarabağ prosesinə zərbə vurmağa çalışırlar. Özümüzü aldatmayaq. Rusiya Dağlıq Qarabağ problemini həm Ermənistana, həm də Azərbaycana təzyiq mexanizmi kimi görür. Bu yanaşma dəyişmədikcə, münaqişənin həllində hansısa irəliləyiş gözləmək əbəsdir. Münhendə baş tutacaq görüşün əsas məqsədi Rusiyanın münaqişənin həlli prosesində təşəbbüsü öz əlinə almaq cəhdidir.
Rusiya narahatdır ki, ABŞ və Avropa ölkələri məsələyə müdaxilə edərsə, Moskva öz təsir imkanlarını itirə bilər. Ona görə də digər həmsədr dövlətlərə imkan vermək istəmir. Xüsusən də ABŞ-ın Dağlıq Qarabağ problemi yönündə nisbətən aktivləşməsi və amerikalı rəsmilərin açıqlamaları Moskvanı təşvişə sövq edir. Lavrovun təşəbbüsü ilə baş tutacaq görüşü də məhz Rusiyanın narahatlığı kontekstində dəyərləndirmək lazımdır. Erməni tərəfi də bunu nəzərə alaraq bəyan edir ki, hələlik ciddi danışıqlarla bağlı söhbət getmir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adnan Şensesin qızı vəfat etdi!
22:36 13.05.2026
Şou
Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN-ə çağırılıb
22:18 13.05.2026
Dünya
"Sabah" Azərbaycan Kubokunun qalibi olub
22:02 13.05.2026
Futbol
Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər
21:33 13.05.2026
Cənubi Qafqaz
Əraqçi: Küveyt Fars körfəzində İranın gəmisinə hücum edib
21:08 13.05.2026
Gündəm
Putin Ukrayna həmsərhəd iki regionun qubernatorunu dəyişib
20:55 13.05.2026
Dünya
Arda Güler “Real Madrid”də ayın futbolçusu seçildi
20:43 13.05.2026
Futbol
SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq
20:34 13.05.2026
Region
"Brent" ucuzlaşdı, "WTI" bahalaşdı
20:22 13.05.2026
İqtisadiyyat
Bu ölkə Ukrayna ilə sərhədini bağladı
20:10 13.05.2026
Dünya
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir
19:58 13.05.2026
İnfrastruktur
Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb
19:27 13.05.2026
Ekologiya
Faktiki hava açıqlanıb
18:48 13.05.2026
Ekologiya
Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib
18:29 13.05.2026
Dünya
Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub
18:21 13.05.2026
Hərbi