"Paşinyan yaxın zamanlarda çıxışlarının birində prezident üsul idarəsinə keçmələri barədə fikir bildirib. O prezident üsul idarəsinin parlament üsul idarəsindən daha yaxşı olduğunu bildirib. Cənubi Qafqaz regionunda parlament üsul idarəsinə keçmək tez və səhf qərardır. Görünür, Paşinyan da bunu hiss etməyə başlayıb".
Bunu "Sherg.az"a Ermənistanda bu gün keçirilən parlament seçkilərini şərh edərkən politoloq Əhəd Məmmədli bildirib.
O qeyd edib ki, region ölkələri milli münaqişələr problemlərini həll etməyənə qədər parlament üsul idarəsinə keçmək hələ tezdir: "Paşinyan Qarabağ klanı ilə mübarizə də böyük səlahiyyətlər istəyir və bunu prezident üsul idarəsində görür. Sorğulara inansaq parlament seçkilərinin açıq aşkar favoriti Paşinyanın partiyasıdır. Həmin sorğulara görə də, "Respublikaçılar"partiyası minimal faiz həddini keçə bilmir. Belə olan halda isə bu o deməkdir ki, Paşinyan arzularına çatmış olur. Parlament tam onun nəzarətinə keçir. Küçə demokratiyası adı altında diktaturanın qurulmasına inanmıram. Çünki parlament üsül idarəsində diktatura qurmaq asan deyil. Üstəlik Paşinyan kasıb ölkənin kasıb lideridir. Kasıb ölkənin kasıb liderinə diktatura qurmaq çətindir. Postinqlab ölkələrində diktaturaya keçid müasir dövrdə biraz vaxt aparır Lakin yuxarıda qeyd edilən kimi, Paşinyan parlamenti tam götürə bilsə, ölkəsini avtoritar metodlarla idarə edə bilər. Çox güman ki elə də etməyə cəhd edəcək. Bu olan halda isə Ermənistanı nələr gözləyəcək ? Bax bu Rusiyanın Ermənistana müdaxiləsinin miqyasından asılı olacaq".
Ayyət Əhməd