Politoloq: "Prezidentin güc amilini xatırlaması, Paşinyanın son günlərdəki çıxışlarına sərt cavabdır"
10:03 13.02.2019
Arxiv
642
Azərbaycan Prezidenti İlham Əliyev REAL televiziyasına verdiyi müsahibədə bir çox mühüm məsələlərə, o cümlədən Dağlıq Qarabağ probleminə toxunub. Azərbaycan Prezidenti dəfələrlə açıq şəkildə bildirib ki, biz danışıqlara üstünlük versək də problemin hərbi yolla həlli gündəlikdən çıxmayıb.
Bu gün dünyada "kim güclüdür, o da haqlıdır” prinsipinin hökm sürdüyünü vurğulayan ölkə başçısı qeyd edib ki, Ermənistanın yeni hökuməti birinci mərhələdə çox ziddiyyətli bəyanatlar verirdi ki, Azərbaycan Ermənistanla yox, qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır: "Biz əlbəttə ki, bu ziddiyyətli və anlaşılmaz bəyanatları dərhal rədd etdik. O cümlədən vasitəçilər də əlbəttə ki, belə bir mövqe ilə razılaşa bilməzdilər. Öz prinsipial mövqeyimizdə qalaraq biz danışıqlar prosesinə sadiqik".
Güc amilinin həmişə gündəlikdə olduğunu vurğulayan Prezident deyib ki, biz bunu nəinki bizim münaqişə, bir çox başqa münaqişələrlə bağlı da görürük: "Ona görə biz müxtəlif imkanlardan istifadə edəcəyik və Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim əsas vəzifəmizdir. Azərbaycan vətəndaşları bunu bilməlidirlər ki, bu, hər bir vətəndaşın əsas vəzifəsidir, dövlətin əsas vəzifəsidir. Biz bu istiqamət üzrə öz siyasətimizi bundan sonra da aparacağıq".
"Cənubi Qafqaz” Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Məhəmməd Əsədullazadənin "Sherg.az"-a açıqlamasına görə, Prezident İlham Əliyevin REAL Tv-yə müsahibəsində ölkə gündəmi və paralel olaraq xarici siyasət kursu barədə önəmli mesajlar verib:
"Regionda yeni şərtlərin yaranmasını, buna uyğun Azərbaycanın yeni formalaşan siyasətini qeyd etməklə, ölkəmizin müstəqil siyasəti davam etdirəcəyi bir daha aydın oldu. Hakmiyyətdə biz artıq islahatların başlanmasını birinci şəxsdən eşidirik. Ölkəmizin ən ağrılı problemi olan Qarabağ münaqişəsi ətrafında cərəyan edən situasiyaya gəldikdə isə, həqiqətən dövlət başçısı konfliktin həllində prinsipal mövqe ortaya qoyduğunu nümayiş etdirdi.
Bu gün danışıqlarda çox çətin durum yaranıb. Erməni tərəfi razılaşdırılmış prinsiplərdən yayınmaqla ortaya həlli mümkün olmayan şərtlər irəli sürür. Prezidentin güc amilini xatırlaması Paşinyanın son günlərdəki çıxışlarına sərt cavabdır. Rəsmi Yerevan danışıqlarda sələflərinin siyasətini davam etdirməyi planlayır. Belə olan təqdirdə rəsmi Bakı güc amilinə üstünlük verəcək. Məhz prezidentin bu mesajı yeni situasiyanın yarandığlndan xüsusi ilə münaqişənin həllində Ermənistana kəskin mesajıdır. Diplomatik danışıqlar nəticəsizsə artıq güc dövrüyyəyə girir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi