"Prezident 2019-cu ildə sürətlə başladığı islahatları eyni sürətlə davam etdirəcək" - Politoloq
11:04 13.02.2019
Arxiv
563
"Prezidentin cəmiyyətə ünvanladığı xüsusi mesajları da var idi. Hiss olunurdu ki, son dəyişikliklər fonunda dövlət başçısı məhz yerli televiziya kanalı vasitəsilə cəmiyyətə hansısa fikirlər çatdırmaq istəyirdi”.
Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Analitik bildirib ki, Prezident 2019-cu ildə sürətlə başladığı islahatları eyni sürətlə davam etdirəcək:
" "İslahatlarımızın yeni mərhələsi başlayır” deyən dövlət başçısı islahat hazırlıqlarına dair belə bir cümlə işlətdi: - "Keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi”. Bununla prezident 2019-cu ildə islahatlara spontan başlamadığına və düyməyə basmaq üçün hərtərəfli təhlillər aparıldığına işarə vurdu.
İkincisi, Prezident ilk dəfə minimum əmək haqqının 50 manat artırılmasının fəlsəfəsini bu şəkildə izah etdi: "Bu ilin birinci ayında biz əlavə gəlirlər əldə etdik. Gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu. Bu gəlirlər bizə əlavə maliyyə resurslarının yaranmasına imkan verdi. Biz bu maliyyə resursunu müxtəlif istiqamətlərə - ehtiyatların artırılmasına, infrastruktur layihələrinin icrasına yönəldə bilərdik. Amma mən qərar verdim ki, əldə edilmiş bu əlavə maliyyə resursları, ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu da etdik”. Prezident "gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu” dedikdə böyük ehtimalla vergilər və gömrükdə sistemin yenidən qurulması nəticəsində əldə olunan əlavə gəlirləri nəzərdə tuturdu. Mümkündür ki, gələcəkdə gəlirlər artarsa, minimum əmək haqqına yenidən baxılsın.
Üçüncüsü, Prezident "Formula-1” yarışlarının Azərbaycana turizm axınına müsbət təsirindən və ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratmasından danışdı və belə bir cümlə işlətdi: "Əgər bu yarışlar səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdimi?”. Fikrimcə, prezidentin bu sualı səsləndirməkdə məqsədi cəmiyyətin bir hissəsində "Formula-1” yarışlarına olan neqativ münasibətin dəyişməsinə yönəlmişdi”.
E.Şahinoğlunun sözlərinə görə, dövlət başçısı Qarabağdan danışarkən əvvəllər də dediyi "dünyada "kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür” fikrini bu şəkildə genişləndirdi: "Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq”. Göründüyü kimi, Prezidentin danışıqlar apardığı Ermənistanın baş naziri Nikol Paşinyana və onun komandasının münaqişənin həllində addım atacağına ümidi və inamı yoxdur. Təsadüfi deyil ki, dövlət başçısı müsahibəsinin Qarabağla bağlı hissəsini bu cümlə ilə yekunlaşdırdı: "Güc amili həmişə gündəlikdə olub və olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi