"Prezident dünya dövlətləri və Azərbaycan ictimaiyyətinə maraqlı mesajlar verdi"





"Prezidentin REAL televiziyasına müsahibəsi ölkənin bugünkü durumu, daxili və xarici siyasətlə bağlı məsələlərdə jurnalistlərin suallarının cavablandırılması baxımından çox önəmlidir”.

"Sherg.az” xəbər verir ki, bu sözləri "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, prezidentin müsahibəsi ölkədə vətəndaş- dövlət münasibətləri konteksində bir sıra mesajların verilməsi baxımından dəyərlidir:

"Vətəndaş-dövlət münasibətlərinin mahiyyəti barədə prezidentin söylədiklərinin reallıq olduğu üzərində dayanmaq istəyirəm. Həqiqətən prezident bu məsələdə dünya dövlətlərinə, beynəlxalq dairələrə və Azərbaycan ictimaiyyətinin özünə çox maraqlı mesajlar verdi.

Nəzərə alsaq ki, bu mesajın mahiyyəti, həqiqətən də ölkədə dövlət və vətəndaşlar arasında uyğunluğa, onların bir-birini başa düşməsindən və çətin günlərdə dövlətin vətəndaşların yanında durmasından ibarətdir.

Qətiyyətlə demək mümkündür ki, bu, həm bizim xalqımıza, həm də beynəlxalq dairələrə çox maraqlı və təsirli idi. Beynəlxalq dairələr bir daha əmin olurlar ki, Azərbaycanda həqiqətən də vətəndaş-dövlət həmrəyliyi var. Cəmiyyətimiz gördü ki, prezident ölkədə gedən prosesləri, xüsusilə də ictimai rəylə bağlı olan nüansları diqqətlə izləyir və ictimaiyyətin nə düşündüyündən xəbərdardır.

Bütün bunlar cəmiyyətimiz üçün önəmli bir mesaj idi. Prezidentin sadə insanlarla yaxınlığı özünü ən dar günlərdə qabarıq şəkildə büruzə verirsə, nə prezident xalqa, nə də xalq prezidentdə arxasını dönmürsə, deməli, ölkəmizdə prezident-xalq birliyi pozulmazdır və möhkəm əsaslar üzərində qurulub. Düşünürəm ki, ölkə başçısının cəmiyyətdə vətəndaş-hakimiyyət birliyi ilə bağlı söylədikləri strateji gücə malik olan açıqlamalardır”.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev REAL televiziyasına verdiyi müsahibədə bir sıra məqamlara toxunub. Prezident bildirib ki, dövlətimiz hər zaman, hətta ən ağır vəziyyətdə belə vətəndaşlarının yanında olacaq.

Yeganə Bayramova