
Prezident Ermənistana və havadarlarına mesaj verdi – Azərbaycanın güclü potensiala malik ordusu var
09:13 13.02.2019
Arxiv
821
Azərbaycan Prezidenti İlham Əliyev "REAL” televiziyasının rəhbəri Mirşahin Ağayevə müsahibəsində Qarabağ problemindən də danışıb. Ölkə başçısı qeyd edib ki, bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir: "Biz son illər ərzində münaqişənin həlli üçün güclü hüquqi baza yaratdıq. Dünyanın bir çox mötəbər aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər - BMT-nin Baş Assambleyası, ondan əvvəl Təhlükəsizlik Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədində ərazi bütövlüyümüz, suverenliyimiz, sərhədlərimizin toxunulmazlığı haqqında dəstək ifadə olunub. Yəni, bu, münaqişə üçün hüquqi baza yaradır.
Hüquqi baza ondan ibarətdir ki, Dağlıq Qarabağ, - bunu biz hamımız yaxşı bilirik, - Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişənin həlli yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Eyni zamanda, biz güclü iqtisadi potensial yaradaraq güclü ordu da yaratmışıq. Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasındadır. Bizim döyüş qabiliyyətimiz, imkanlarımız artır. Biz ordumuzu ən müasir texnika ilə təchiz edirik. Aprel döyüşləri bizim gücümüzü göstərdi. Ən əlverişsiz hərbi mövqelərdən əks-hücum əməliyyatı apararaq biz strateji yüksəklikləri əldə etdik. Torpaqlarımızı işğalçılardan azad etdik".
Prezident vurğulayıb ki, bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarında Azərbaycan bayrağı dalğalanır:
"Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Mən Lələtəpədə olanda, orada Azərbaycan bayrağını görəndə qürur hissi keçirirəm. Hər biz Azərbaycan vətəndaşı qürur hissi keçirir. Bizim əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərmişlər. Aprel döyüşləri tarixi hadisədir. Bu döyüşlər Ermənistanın uzun illər ərzində yaratdığı mifi tamamilə darmadağın etdi. Yəni, ermənilər elə bir rəy formalaşdırmağa çalışırdılar ki, guya onların ordusu güclüdür və yenilməzdir. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kimin ordusu güclüdür, kimin ordusu yenilməzdir. O mif tamamilə dağıdıldı. Aprel döyüşləri milli ruhumuzu yüksəltdi, zirvələrə qaldırdı. Ona görə bu hadisə bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq". Prezident xatırladıb ki, aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi:
"O, taktiki baxımdan fərqli əməliyyat idi, ancaq nəticə etibarilə çox uğurlu idi və bizə imkan verdi ki, strateji yüksəklikləri, dağları tam nəzarətə götürək və bu dağlardan düşmənin strateji kommunikasiyalarına nəzarət edək. Yəni, bütün bunlar ordumuzun qüdrətini, peşəkarlığını əks etdirən önəmli hadisələrdir. Bütün bunlar onu göstərir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".
Millət vəkili Elman Məmmədov "Sherg.az”a deyib ki, Azərbaycan Prezidenti hər zaman bildirib ki, Qarabağ problemi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir:

"Cənab Prezidentimiz bir daha Ermənistana və onun havadarlarına "Real” TV-dəki müsahibəsində öz mesajlarını çatdırdı. Ölkə başçısı Azərbaycanın Qarabağ məsələsi ilə bağlı prinsipial olduğunu hər zaman söyləyib – torpaqlarımız işğaldan azad edilməlidir. Bunun başqa yolu yoxdur”.
Deputat bildirib ki, erməni işğalçıları hər zaman törətdikləri təxribatların laiqli cavabını alıblar:
"O terrorçular Azərbaycan Ordusunun gücünü bilirlər. Möhtərəm prezidentimizin də vurğuladığı kimi xalqımız torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq. Aprel döyüşlərində, Günnüt əməliyyatında bütün xalqımız işğal altında olan bir sıra ərazilərimizin düşməndən azad edilməsinin sevincini yaşadı. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin uğuru idi. Hər bir vətəndaş bu uğurların davamlı olmasını, torpaqlarımızın tamamilə işğaldan azad edilməsini istəyir. Növbəti qələbələr üçün Azərbaycan Ordusu hər zaman hazırdır. Sadəcə Azərbaycan dövləti həm də sülh tərəfdarıdır. İstəyirik ki, məsələ dinc yolla həllini tapsın. Əgər Paşinyan başda olmaqla, erməni işğalçıları niyyətlərindən əl çəkməsələr rəşadətli ordumuz bu missiyanı təbii ki, yerinə yetirəcək. Buna qadir Ali Baş Komandanımız və güclü, müasir texnikaya malik ordumuz var”.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi