"Prezident Real TV-yə çox açıq və qəti cavablar səsləndirdi"
10:21 13.02.2019
Arxiv
668
Azər Həsrət: “Prezident İlham Əliyev Azərbaycan mediası ilə çox açıq və dostyana münasibətləri olan bir siyasi liderdir"
"Prezident Real TV-yə geniş, səmimi və açıq müsahibə verdi. Cəmiyyəti narahat edən və cavablarını eşitmək istədiyimiz bir çox sualları cavablandırdı. Özü də bərbəzəksiz, həqiqətən də çox açıq və qəti cavablar səsləndirdi”.
Bunu "Sherg.az”a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib.
Tanınmış jurnalist cəmiyyət üçün çox fayalı olan bu müsahibəni cənab Prezidentdən aldığı və ictimaiyyətə təqdim etdiyi üçün Mirşahin Ağayevə təşəkkürünü bildirib:
"Prezident İlham Əliyev Azərbaycan mediası ilə çox açıq və dostyana münasibətləri olan bir siyasi liderdir. Xatırlayıram, dövlət başçısı Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə media ilə bağlı çox dəyərli fikirlər səsləndirmişdi. Bildirmişdi ki, bəzən məmurlar yalan informasiya verirlər, cəmiyyətdəki ab-havanı doğru-dürüst çatdırmırlar. Ona görə də ən doğru informasiyaları jurnalistlərdən aldığını söyləmişdi.
Hətta bizə tövsiyyə etmişdi ki, yazmağa, tənqid etməyə davam edək. Dünənki müsahibədə də cənab Prezident bu yöndə fikirlərini bəyan etdi. Vurğuladı ki, Azərbaycan mediasını həqiqətən də yaxından izləyir və mətbuatda gedən istənilən məsələyə reaksiya verir. Biz çox sevinirik ki, jurnalistlərin yazdıqlarını cənab Prezident bu qədər yaxından izləyir və qərar verərkən jurnalistlərin qaldırdığı məsələləri diqqətə alır. Əgər belə olmasaydı, dövlət başçısı şəhid ailələri ilə bağlı məsələlərdə, zəlzələdən əziyyət çəkən vətəndaşlarla bağlı proseslərdə bu qədər həssas davranmazdı.
Yaxud da ayrı-ayrı siyasi manipulyasiya dəllallarının ölkədə ictimai rəyi çaşdırması baş tuta bilərdi. Problemlərin yaranmamasının səbəbkarı əlbəttə ki, cənab Prezidentin özüdür. Çünki dövlət rəhbəri mətbuatla çox yaxından işləyir. Şəxsən özü medianı, hətta sosial medianı izləyir”.
A.Həsrət düşünür ki, indiki zamanda dövlət idarə edən şəxslərin medianı izləməsi ancaq və ancaq işin xeyrinədir:
"Fikir verirsizsə, son zamanlar ölkədə bir çox məmurlar mətbuatda barələrində hansısa tənqidlərin yayılmasından çox böyük narahatlıq keçirirlər. Çünki onlar öz hesabatlarını verərkən hər şeyin əla və yerli-yerində olduğunu deməyə alışıblar.
Ancaq mətbuatda gedən tənqidlər birbaşa cənab Prezidentin özünün diqqətinə çata biləcəyi üçün həmin məmurlar narahat olurlar. Hesab edirəm ki, bundan sonra da jurnalistlərimiz ölkədə ab-havanın sağlamlaşdırılması, korrupsiyaya qarşı mübarizənin güclənməsi ilə bağlı öz fikirlərini açıq şəkildə yazmalıdırlar ki, cənab Prezident alternativ informasiyanı məhz jurnalistlərdən ala bilsin”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi