“Prezidentin fərmanları şəhid ailələri və əlillərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir”
Xəbər verdiyimiz kimi , "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Artıq noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir.
Qeyd edək ki, siyahılara əsasən vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olan şəhid hərbi qulluqçuların sayı 9531 nəfərdir. Bu məqsədilə 2018-ci il üçün 58 mln. manat, 2019-cu il üçün isə 50 mln. Manat ayrılıb. Bu günə olan tarixə birdəfəlik ödəmə verilməsi barədə Komissiya tərəfindən qərar qəbul edilib 750 şəhidin 1035 vərəsəsinə birdəfəlik ödəmə verilib.
Eyni zamanda vurğulamaq yerinə düşər ki, əlavə olaraq, şəhid ailələrinə və müharibə əlillərinə daim diqqət və qayğı gstərilir. 01.10.2018-ci il tarixinə kimi şəhid ailələrinə və əlilliyi olanlara 6 063 mənzil paylanılıb. Onlardan 5,6 mini şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilib. 2018-ci ildə 583 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur. Onlardan artıq 01.08.2018-də Qaradağ rayonunda 35 mənzil verilib. 2018-ci ilin sonuna kimi Bakı və Abşeronda 391 mənzil satın alınaraq bu kateqoriyadan olan insalara paylanılacaq. Bundan başqa 2018-ci ilin sonuna kimi regionlarda 90 mənzil istifadəyə veriləcək. Belə ki, bu məqsədlə İmişlidə 54 mənzildən ibarət 6 mərtəbəli yaşayış binası, Şamaxıda isə 36 mənzildən ibarət 4 mərtəbəli yaşayış binası inşa olunub. 2018-ci ildə regionlarda 67 fərdi evin inşası başa çatdırılacaq. Qalan və ilin sonunadək 548 mənzil və fərdi ev paylanılacaq.
Həmçinin diqqətə çatdırmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb.
Bu da 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına, yəni 2018-ci ildə 600-ə yaxın mənzilin həmin insanlara verilməsinə imkan yaradıb.
Belə ki, 01.11.2018-ci il tarixə kimi müharibə əlillərinə 6 144 avtomobil (Cari ildə 265 avtomobil verilib) paylanılıb.
Müharibə əlillərinə verilən Prezidentin aylıq təqaüdünə gəlincə, qeyd edək ki, I qrup çüharibə əlillərinin aylıq təqüdü 182 AZN, II qrup 158 AZN, III qrup isə 121 AZN-ə qədər yüksəlib. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərinin böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, qalan az bir qismi isə əlilliyə görə müavinət də alır. Bundan əlavə müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir. İl ərzində dövlət vəsaiti hesabına 1,8-2 min nəfər müharibə əlilinə protez-ortopedik xidmət göstərilir. Onlara orta hesabla 6500-7000 reabilitasiya vasitəsi (əlil arabası, eşitmə aparatı, ortopedik ayaqqabı və digər) verilir. Qarabağ müharibəsi əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Eyni zamanda onu da bildirmək laızmdır ki, şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması istiqamətində də ciddi əməli addmlar atılıb.
Şəhid ailələrinə 242 AZN aylıq Prezident təqaüdü ödənilir. Əmək pensiyasına hər ay əlavə vəsait ödənilir. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət verilir. Şəhid ailələrindəki uşaqlara aylıq sosial müavinət verilir. Şəhid ailələrinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. İl ərzində dövlət vəsaiti hesabına orta hesabla 7,1 min əlilliyi olan şəxsə və şəhid ailəsi üzvünə ƏƏSMN tərəfindən sanator-kurort putyovkası və istirahət göndərişləri verilir. Özünəməşğulluq proqramına 2018-ci ildə 158 şəhid ailəsi, 1000 nəfərdən çox əlilliyi olan şəxs (onlardan bir hissəsi Qarabağ müharibəsi əlilidir) cəlb olunub. Milli Qəhrəmanlara (və ya həlak olanların ailələrinə) aylıq 1500 AZN Prezident təqaüdü ödənilir. Milli Qəhraman ailəsi üzvlərinin əmək pensiyasına hər ay 110 AZN əlavə edilir.
Bu kateqoriyadan olan inslara göstərilən diqqət və qayğını qiymətləndirən ehtiyatda olan polkovnik Cəlil Xəlilov "Sherg.az”a açıqlamasında qeyd edib ki, dövlətimizin başçısının müvafiq sərəncam və fərmanları ölkə ictimaiyyəti, o cümlədən, müharibə veteranları, şəhid ailələri, müharibə əlilləri tərəfindən də yüksək dəyərləndirili:
"Preizdent İlham Əliyevin bu sərəncam və fərmanları şəhid ailələrinin, əlillərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Ümumiyyətlə, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Bu siyasətin əsası isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimiz tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında" fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım oldu. Həmin fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verildi.
Bu gün bu siyasət yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir".
Polkovnik həmçinin vurğulayıb ki, bu diqqətin əsas göstəricilərindən biri də müharibə əlillərinin, şəhid ailələrinin mənzil probleminin həlli istiqamətində görülən mütərəqqi işlərdir:
"Ötən dövr ərzində minlərlə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin edilib. Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş əlillərimizin reabilitasiyası, müalicəsi istiqamətində atılan addımlarla bərabər, onların minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülüb. Möhtərəm Prezidentimiz şəhid vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı müvafiq fərman verdi. Prezidentin bu fərmanı yüzlərlə ailəyə sevinc bəxş etdi".
Hazırladı: Ayyət Əhməd