"Prezident cənab İlham Əliyevin milli mətbuatımıza müsahibəsi bir çox mühüm cəhətlərilə yadda qaldı”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, dövlət başçısı hər şeydən öncə müasir dövrdə beynəlxalq münasibətlərin real vəziyyəti və milli dövlətlərin davranışlarını təhlil edərək bu prosesdə Azərbaycanın yeri və rolu məsələlərinə toxundu:
"Məhz bu konteksdə media institutu və onun fəaliyyətini önə çəkən Prezident Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində transmilli media resurslarının fəaliyyətini obyektiv qiymətləndirdi. Onları qlobal informasiya məkanında rəy formalaşdıran institusional vahidlər kimi təqdim etdi. Xarici media ilə ünsiyyətin intensiv olmasını da bu məsələ ilə əlaqələndirərək transmilli medianın imkanlarından istifadə etməklə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğuladı.
Ümumiyyətlə, milli mətbuatımızı və onun fəaliyyətini bir daha yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirdi ki, "mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaq”.
H.Babaoğlu bəyan edib ki, bu fikirlər istər milli mətbuatımızın fəaliyyətinin yüksək qiymətləndirilməsi baxımından, istərsə də onun gələcək inkişafı baxımından olduqca əhəmiyyətlidir:
"Bununla yanaşı biz bilirik ki, mətbuat hər bir cəmiyyətdə fikir plüralizimini, söz azadlığını təmin edən ictimai institutlardan biri kimi çıxış edir. Əslində bu fikirlər ölkəmizdə söz və mətbuat azadlığının təmin olunmasının, mətbuatın, xüsusilə çap mətbuatının və internet resurslarda mövcud olan problemlərin həlli məsələlərinin, jurnalistlərin məişət və sosial problemlərinin bundan sonra da Prezidentin diqqət mərkəzində olacağına işarə idi.
Prezident İlham Əliyev öz müsahibəsində hazırki beynəlxalq münasibətlər və onun gücə əsaslanan yeni reallıqlarından tutmuş, milli strategiyaya qədər, beynəlxalq iqisadi layihələri uğurla həyata keçirməyimizdən xalq-iqtidar birliyinə qədər, sosial siyasət, aqrar sektorun inkişafı və s. mühüm mələlələrə toxundu. Bundan sonra da islahatların davam etdiriləcəyini diqqətə çatdırmaqla bütün bunları milli maraqlarımızın təmin olunması istiqamətində atılan addımlar kimi xarakterizə etdi”.
İsmayıl