Putin-Merkel görüşünün TARİXİ AÇIQLANDI




Rusiya prezidenti Vladimir Putin mayın 2-də Soçidə Almaniya kansleri Angela Merkellə görüşəcək.

Sherg.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, görüşdə beynəlxalq məsələlər, o cümlədən terrorizmlə mübarizə, Yaxın Şərqdəki vəziyyət, Minsk razılaşmalarının həyata keçirilməsi və digər məsələlər müzakirə olunacaq.

Söhbət əsnasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, o cümlədən energetika, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələlərinə toxunulacaq.