"Ermənistan sülh danışıqlarını yubadarsa, silahların işə düşməsi qaçılmaz olacaq"
Rəsmi Bakının mövqeyi birmənalıdır
10:13 15.02.2019
Arxiv
598
Qarabağ konflikti Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
"Ermənistan sülh danışıqlarını yubadarsa, silahların işə düşməsi qaçılmaz olacaq"
"Ermənistan sülh danışıqlarını yubadarsa, silahların işə düşməsi qaçılmaz olacaq"
Azərbaycan Prezidenti İlham Əliyev REAL Televiziyasına verdiyi müsahibədə bir çox mühüm məsələlərə, o cümlədən Dağlıq Qarabağ probleminə toxunub. Azərbaycan Prezidenti dəfələrlə açıq şəkildə bildirib ki, biz danışıqlara üstünlük versək də, problemin hərbi yolla həlli gündəlikdən çıxmayıb.
Bu gün dünyada "kim güclüdür, o da haqlıdır” prinsipinin hökm sürdüyünü vurğulayan ölkə başçısı qeyd edib ki, Ermənistanın yeni hökuməti birinci mərhələdə çox ziddiyyətli bəyanatlar verirdi ki, Azərbaycan Ermənistanla yox, qondarma Dağlıq Qarabağ Respublikası ilə danışıqlar aparmalıdır.
"Sivilizasiyalar və Konfliktlər” Analitik Mərkəzinin rəhbəri, Əhəd Məmmədli isə Sherg.az-a açıqlamasında deyib ki, istər Mirşahin Ağayevə, istərsə də əvvəlki mesajlarında ölkə başçısı bəyan edib ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "Həmin bu müsahibədə də prezident aprel döyüşü, Naxçıvan əməliyyatına toxunub. Və sonda prezidentin güc amili həmişə gündəlikdə olub söyləməsi Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla həll edə biləcəyi işarəsidir. Paşinyanın son açıqlamaları da onu göstərdi ki, Ermənistanla danışıqlar artıq tükənib. Biz xalq, cəmiyyət olaraq 2019-cu ildə Azərbaycan ordusundan Qarabağda antiterror əməliyyatını keçirməsini gözləyirik. Bu il Qarabağ məsələsinin həllində sınma nöqtəsi ola bilər. Əks halda Qarabağı de-yure itirmək təhlükəsi ilə üz-üzə gələcəyik”.
Politoloq Qabil Hüseynlinin qənaətincə, dövlət başçısı Azərbaycanın Ermənistanın işğalçı siyasəti nəticəsində yaranmış status-kvo ilə barışmayacağını, öz ərazi bütövlüyünü təmin etmək üçün bütün vasitələrdən istifadə edəcəyini növbəti dəfə bəyan edib.
Sözügedən xətt və mövqenin Prezidentin bütün çıxışlarında qəti şəkildə ifadə olunduğunu vurğulayan politoloqun sözlərinə görə, laqeyd yanaşmalara rəğmən dünya Ermənistanın həyasız çağırışlarını qəbul etmir.
ATƏT həmsədrləri dəfələrlə Dağlıq Qarabağ probleminin həllinə dair diqqəti cəlb edə biləcək təkliflərlə çıxış edib və prosesi canlandırmağa çalışıblar. Hər dəfəsində ermənilərin yeritdiyi işğalçılıq və pozuculuq siyasəti prosesə mane olub:
"Ermənistan hakimiyyətinin indiyə qədər ortaya qoyduğu qeyri-konstruktiv mövqe münaqişənin həllinə əngəl törədir. Bu məsələdə Azərbaycanın siyasi qətiyyətini ortaya qoymaq, münaqişənin həlli prosesinə Azərbaycanın baxış bucağını müəyyən etmək üçün Azərbaycan Prezidentinin bir daha danışması lazım idi. Azərbaycan Prezidenti problemlə bağlı bütün suallara cavab verməkdə ölkəmizin siyasi mövqeyini ortaya qoyub.
Bu mövqe Azərbaycan dövlətinin BMT tərəfindən tanınmış coğrafi sərhədləri çərçivəsində Dağlıq Qarabağ probleminin həllinin magistral istiqamətlərini göstərib”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi