Seçici fəallığı 39,54 faiz: Ermənistanın seçki tarixində ən aşağı göstərici qeydə alınıb





Ermənistanda növbədənkənar parlament seçkilərinin tamamlanmasına 3 saat qalmış seçici fəallığı 39,54 faiz təşkil edib. 
Newsarmenia.am-ın məlumatına görə, bu haqda ölkənin Mərkəzi Seçki Komissiyasının katibliyindən məlumat verilib. Saat 17:00-a olan məlumata görə, səsvermə hüququna malik olan 2 milyon 592 min 481 nəfərdən 1 milyon 25 mini səs verib.
Paytaxt İrəvanda seçici fəallığı 38,04, ölkənin ikinci böyük şəhəri Gümrüdə 31,29, üçüncü böyük şəhəri Vanadzorda isə 38,68 faiz təşkil edib. Bu, ölkədəki seçkilərdə tarixin ən aşağı göstəricilərdən biri hesab olunur.