Son 20 ildə insan ömrünün uzandığı inandırıcı deyil
09:00 13.02.2019
Arxiv
592
"Dünyada gedən proseslər, ekoloji amillər, ərzaq məhsullarının keyfiyyəti, müharibələr və s. sözügedən tədqiqatın real olmadığını təsdiqləyir"
Alimlərin tədqiqatına əsasən, son yetmiş ildə insanların ömrü 22 il uzanıb."Lancet” jurnalı bu barədə səhiyyə sahəsində təşəbbüslərin insan həyatının uzadılmasına təsirini tədqiq edən "Global Burden of Disease” (GBD) monitorinq layihəsi çərçivəsində əldə olunan göstəricilərə istinadla məlumat yayıb.
Layihəyə dünyanın 195 ölkəsini, onların tibbi xidmətlərini və aparıcı elmi mərkəzlərini təmsil edən mütəxəssislər cəlb olunub. Onlar son illərin statistikasından əlavə, səhiyyə sisteminin vəziyyətində və planetin demoqrafiyasında dəyişiklikləri əks etdirən daha uzunmüddətli trendləri də tədqiq edirlər. Bu qəbildən olan son tədqiqatlar seriyasında 1950-ci ildən 2017-ci ilə qədər insanların həyatlarının necə dəyişməsi qiymətləndirilib.
Analizin nəticələri müasir dövrümüz üçün xarakterik olan müharibələr, iqtisadi sarsıntılar və başqa problemlərə baxmayaraq, nikbin görünür. Belə ki, kişilərin orta həyat uzunluğu 48 ildən 70,5 ilədək, qadınların orta həyat uzunluğu isə 53 ildən 76 ilə qədər uzanıb. 1950-ci ildə hər beş uşaqdan biri həyatlarının ilk beş ilində ölürdü. Hazırda isə bu göstərici 3,9 faiz səviyyəsində qərarlaşıb.
Bununla belə, yeni problemlər də ortaya çıxıb. Məsələn, silahlı münaqişələr, müharibələr və terror hadisələri nəticəsində həlak olanların sayı demək olar ki, iki dəfə artıb. Piylənmənin səbəb olduğu xəstəliklərdə də oxşar vəziyyət yaranıb. Dünyanın demək olar ki, bütün ölkələrində artıq çəkili insanların sayı artır və bu da il ərzində bir milyondan çox insanın diabet xəstəliyi səbəbindən həyatını itirməsi ilə nəticələnir.
Tədqiqatın nəticələri o qədər də inandırıcı deyil. Xüsusilə son illərdə ekoloji və süni qida faktorları, bir çox xəstəliklər əksinə, insan ömrünün qısaldığını göstərir.
Mövzunu dəyərləndirən həkim-allerqoloq Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında son 20 ildə insan ömrünün uzandığının inandırıcı olmadığını bildirib:
"Əksinə, bir çox region ölkələrini və MDB məkanını götürsək, görərik ki, insan ömrünün uzanması müşahidə olunmur. Ən azından ölkəmizdə uzunömürlülük yoxdur. Bugünkü gündə dünyada gedən proseslər, ekoloji amillər, ərzaq məhsullarının keyfiyyəti, müharibələr və s. sözügedən tədqiqatın real olmadığını təsdiqləyir. Bir həkim olaraq deyə bilərəm ki, xəstəliklərin cavanlaşması baxımından ölkəmizdə insanların uzunömürlülüyü hiss olunmur”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi