Sumqayıtda yük və minik maşınları toqquşub, ölən və yaralananlar var




Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində "Kamaz" və "VAZ-21 07" markalı avtomobillər toqquşub.
Nəticədə 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.