Metroda ayaqyalın gəzmək dəbə mindi

Rusiyada misli görünməmiş bir çılğınlıq başlanıb.

Musavat.com xəbər verir ki, bu dəfə də rus qadınlar metrolarda ayaqyalın gəzirlər. Onlar qatarlara ayaqyalın minir və bunu sosial media vasitəsilə paylaşırlar. Əksərən qadınların maraq göstərdiyi bu axının təqibçiləri metro stansiyalarında ayaqqabısız gəzməyi bir fərqlilik hesab edirlər.

Amma bir çox trendlər kimi - başdan buzlu su tökmək, təpiklə butulka qapağı açmaq - bu aksiyanın da hər hansı faydası, bəşəri mesajı, mahiyyəti yoxdur. Sadəcə dəbdir və virus kimi yayılır. İşin maraqlı tərəfi isə odur ki, bu vəziyyətin hara gedər davam edəcəyini heç kim bilmir.