Bakının əsas prospektlərinin birində hərəkət iflic oldu 

Babək prospekti (maşın bazarının qarşısında) sıxılmış qaz borusunun daşınması zamanı əmələ gələn çətinlik nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.

Bu barədə Lent.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, hazırda Babək prospektində şəhər istiqamətində sıxlıq müşahidə edilir.

Bu səbəbdən həmin ərazidən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr var.