Bakı küçələrində maarifləndirici sosial çarx yayımlanır

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu tərəfindən narkomaniya ilə bağlı hazırlanmış yeni maarifləndirmə xarakterli sosial çarxın Bakının bir sıra küçə və prospektlərindəki elektron lövhələrdə yayımlanmasına başlanıb.

Dövlət Komissiyasından bildiriblər ki, həmin sosial çarx “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı ictimai maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə yayımlanır.