Zorla didərgin salınanların sayı açıqlandı

Qaçqınlara və onları qəbul etmiş icmalara kömək etməyin ağıllı, ilhamlandırıcı, cəlbedici və inklüziv yollarına ehtiyac duyuruq.

Oxu.Az-ın məlumatına görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Cenevrədə Qaçqınlar üzrə Qlobal Forumda bildirib.  

O deyib ki, 2018-ci ildə dünyada zorla didərgin salınmış 70,8 milyon insan qeydə alınıb.

“Bu da indiyədək qeydə alınmış ən yüksək rəqəmdir. Kollektiv reaksiya və ya kollektiv məsuliyyət nümayiş etdirməyə indi həmişəkindən daha çox ehtiyac var”, - deyə o əlavə edib.