Röya şəhid anasının evini təmir etdirəcək - VİDEO

Xalq artisti Röya Ayxan Qazax rayonun Quşçu-Ayrım kəndində yaşayan 75 yaşlı Əsmər Cəfərovanın evinin təmir işlərini üzərinə götürüb.

Teleqraf.com xəbər verir ki, şəhid anasının evinə yollanan Röya Ayxan şəhid anası olan Əsmər nənənin evini təmir etdirəcək.

Bu məlumatı xalq artistinin prodüseri Vüsal Rzayev təsdiqləyib.

Qeyd edək ki, bloqer Tural Yusifli sosial şəbəkədə Əsmər Cəfərovanın təmirsiz evindən video paylaşmışdı.