Sumqayıtda acınacaqlı məktəb yolu - FOTOLAR

Sumqayıt şəhərində fəaliyyət göstərən 13 nömrəli tam orta məktəbin yolu pis vəziyyətdədir.

Bu barədə sosial şəbəkədə fotolar yayılıb. 

Fotolardakı yol Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 13 nömrəli tam orta məktəbə aparır. 

Yolların acınacaqlı vəziyyəti fotolardan görünür. Mövcud vəziyyət isə artıq neçə ildir ki, həllini gözləyir.