Yüzlərlə Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Azərbaycanın Milli aviadaşıyıcısı martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətinin məlumatına görə, AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230, Roma-Bakı reysi ilə 161 sərnişini vətənə gətirib.

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 Azərbaycan vətəndaşı gətirilib. 

Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.